Yazını böyüt
Yazını kiçilt
28 May - Respublika günü ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılmayacaq.
Bu barədə hafta.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
İ.Məmmədov qeyd edib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.